featured-image-72128

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda “Qarabağ”la üz-üzə gələcək Niderlandın “Ayaks” komandası tarixinin ən uğursuz seriyasını müəyyənləşdirib.

Msport.az xəbər verir ki, bu, Amsterdam təmsilçisinin qitənin bir nömrəli klub turnirində Portuqaliyanın “Benfika” kollektivinə uduzması (0:2) sayəsində reallaşıb.

Komanda avrokuboklarda son 8 matçın hamısında məğlub olub. Bu isə “Ayaks” tarixində ən pis seriyadır. Bundan əlavə, klub UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə ilk 5 qarşılaşmada yenilən ikinci Niderland təmsilçisidir. “Feyenoord” 2017/2018 mövsümündə bu nəticəyə imza atıb.

Qeyd edək ki, “Qarabağ” “Ayaks”la UEFA Çempionlar Liqasının VI turunda üz-üzə gələcək. Qarşılaşma dekabrın 10-da Bakıda keçiriləcək.

Bənzər xəbərlər