featured-image-60957

“Qarabağ” Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk dəfə bir oyunda 3 qol buraxıb.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi XXI turda səfərdə “Zirə”yə 2:3 hesabı ilə məğlub olub.

Halbuki Qurban Qurbanovun yetirmələri fasiləyə 2:0 hesabı ilə öndə yollanıb. Premyer Liqanın lideri axırıncı dəfə ötən mövsümə təsadüf edən matçda 3 top buraxmışdı. Bu, mayın 17-də “Turan Tovuz”la qarşılaşmaya təsadüf edib. Həmin oyunda “Qarabağ” 4:3 hesablı qələbə qazanıb. Beləliklə, son çempion 261 gündən sonra yenidən qapısında 3 top görüb.

Bundan əlavə, “Qarabağ” ölkə çempionatında ardıcıl ikinci məğlubiyyətini alıb. Komanda ötən turda “Turan Tovuz”a 1:2 hesabı ilə uduzub. Ağdamlılar son 7 mövsümdə ilk dəfə belə halla üzləşiblər. Komanda 2017-18 mövsümündə “Neftçi”yə 0:1, “Keşlə”yə isə 0:3 hesabı ilə yenilib.

Bənzər xəbərlər