featured-image-65223

Azərbaycan Premyer Liqasının qalibi “Qarabağ” mükafatlandırılıb.

Msport.az xəbər verir ki, tədbir XXXV turda “Kəpəz”lə oyundan (3:0) sonra “Azərsun Arena”da gerçəkləşib.

İlk olaraq oyunçulara medallar təqdim edilib. Ardınca komandaya kubok verilib. Mükafatları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev, “Qarabağ”ın prezidenti Tahir Gözəl və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.

Qeyd edək ki, “Qarabağ” cari mövsümün başa çatmasına 1 tur qalmış 86 xalla turnir cədvəlinə başçılıq edir.

Bənzər xəbərlər