featured-image-61396

“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı Braziliya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2012-18, 2019 və 2021-25-ci illərdə “Qarabağ”da çıxış edən Riçard 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə ağdamlıların formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

Bənzər xəbərlər