featured-image-76568

Bu gün Azərbaycan kubokunda yarımfinalın ilk  oyunları keçirilib.

Msport.az xəbər verir ki, əvvəlcə “Turan Tovuz” “Zirə” ilə qarşılaşıb.

“Zirə” ilk oyunda səfərdə 2:0 hesablı ilə qalib gələrək böyük üstünlük əldə edib.

Günün digər oyununda Azərbaycan kubokunun səkkizqat qalibi “Qarabağ” turnirin son çempionu və Premyer Liqanın lideri “Sabah”ı qəbul edib.  Dörd qol vurulan matçda qalib müəyyənləşməyib.

Bu cütlər arasında cavab qarşılaşmaları 21 və 22 aprel tarixlərində oynanılacaq.

3 aprel (cümə)

17.30. Turan Tovuz” – “Zirə” – 0:2

Qollar: Eren Aydın, 55 (0:1), Leroy Mikels, 89 (0:2)

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

20:00. “Qarabağ” – “Sabah” 2:2 

Qollar: Umarali Raxmonaliyev, 23 (0:1), Kadi Borges, 29 (1:1), 60 (2:1), Umarali Raxmonaliyev, 65-pen. (2:2)

Tofiq Bəhramov adına Respublika Stadionu

Bənzər xəbərlər