featured-image-70924

“Qarabağ” və “Sabah”ın U-19 komandaları UEFA Gənclər Liqasında bu gün meydana çıxacaqlar.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələnin III turunda “Atletik”in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Bilbao klubunun U-19 komandası 6 xalla 6-cı, hər iki görüşdə uduzan “köhlən atlar” 35-cidir.

“Sabah” isə turnirin II təsnifat mərhələsinin ilk matçında Fransada “Nant”ın qonağı olacaq. Bu oyun saat 19:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması noyabrın 5-də Bakıda keçiriləcək.

Bənzər xəbərlər