featured-image-65551

Yay fasiləsində heyətini gücləndirəcək “Qarabağ”ın adı daha bir futbolçu ilə birgə hallanıb.

Msport.az Fransa mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu sabiq hücumçusu İbrahima Vadjini qaytarmaqda maraqlıdır.

“Sent-Etyen”in formasını geyinən 30 yaşlı seneqallı forvard Fransa klubu ilə başa çatan müqaviləsini yeniləməyəcək. Məlumata görə, yayda azad agent statusu daşıyacaq Vadji artıq “Qarabağ”la danışıqlara başlayıb. Futbolçu özü də sabiq komandasına dönməyə müsbət yanaşır.

30 yaşlı oyunçu 2022-ci ildə onu 1 milyon avroya “Sent-Etyen”ə satan “Qarabağ”a indi azad agent kimi dönməyə hazırlaşır. İddiaya görə, tərəflər arasında danışıqlara başlanılıb. Futbolçu özü “Qarabağ”a qayıdaraq, ona tanış yerdə əvvəlki formasını bərpa edəcəyinə inanır.

Qeyd edək ki, İbrahima Vadji 2021-2022 mövsümündə “Qarabağ”ın formasını geyinib, 36 oyunda 20 qol vurub.

Bənzər xəbərlər