"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi - YENİLƏNDİ
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.
Msport.az xəbər verir ki, açılış oyununda “Qarabağ” evdə “Sumqayıt”la üz-üzə gəlib.
“Azersun Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb – 5:0.
Bu qələbədən sonra xallarını 16-ya çatdıran “Qarabağ” ikinci pilləyə yüksəlib. 6 xalı olan “Sumqayıt” isə 7-ci sırada qalıb.
Azərbaycan Premyer Liqası
VIII tur
20:00. “Qarabağ” – “Sumqayıt” – 5:0
Qollar: Juninyo, 22; 27. Toral Bayramov, 42 (pen.). Leandro Andrade, 44. Abdullah Zubir, 49
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Azersun Arena”
Qeyd edək ki, turun digər matçları 30 sentyabr və 1 oktyabrda keçiriləcək.







