featured-image-65009

Azərbaycan Premyer Liqasında və I Liqada 2024-25 mövsümünün mükafatlandırma tarixi açıqlanıb.

Msport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Premyer Liqanın qalibi “Qarabağ” qızıl medallarını və kubokunu mayın 18-də 35-ci tur çərçivəsində “Azersun Arena”da “Kəpəz”lə keçiriləcək oyundan sonra alacaq.

I Liqada mövsümü zirvədə tamamlayan “Qəbələ” isə mayın 15-də 26-cı turda Qəbələ şəhər stadionunda “Zaqatala” ilə baş tutacaq matçın ardından mükafatlandırılacaq.

Qeyd edək ki, “Qəbələ” – “Zaqatala” oyunu saat 16:00-da, “Qarabağ” – “Kəpəz” qarşılaşması isə saat 19:00-da başlayacaq.

Bənzər xəbərlər