"Qarşıda bizi iki vacib oyun gözləyir" - "Sürix"in baş məşqçisi
Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Sürix” sabah İsveçrə çempionatının yeni mövsümündə ilk oyununa çıxacaq. Msport.az xəbər verir ki, paytaxt klubu səfərdə “Yanq Boyz”la qarşılaşacaq.
“Sürix”in baş məşqçisi Franko Foda klubun rəsmi saytına qarşıdakı görüşlərlə bağlı açıqlama verib:
“Yay təlim-məşq toplanışı çox yaxşı keçdi. Çox tez uyğunlaşan və öyrənməyə can atan komanda ilə işlədim. Biz səylə məşq edib çempionatın startına hazırlaşdıq. Yeni mövsümdə ilk oyunumuz “Yanq Boyz”a qarşı olacaq. Sonra isə Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la matç. Qarşıda bizi iki vacib oyun gözləyir”.