Qazaxıstan millisində baş məşqçi istefası
Qazaxıstan millisinin baş məşqçisi Talqat Baysufinov komandadan ayrılıb.
Msport.az xəbər verir ki, bu haqda yerli federasiya məlumat yayıb.
58 yaşlı mütəxəssis vəzifəsindən istefa verib.
Qeyd edək ki, Baysufinov əvvəlcə 4 oyunda millinin müvəqqəti baş məşqçisi kimi çalışıb, daha sonra isə daimi baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında Qazaxıstan yığması 8 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib və 2 məğlubiyyət alıb.







