Qazaxıstan millisində niderlandlı baş məşqçi - RƏSMİ
Qazaxıstan millisinin yeni baş məşqçisi açıqlanıb.
Msport.az xəbər verir ki, Con vant Sxipt yığmanın sükanı arxasına keçib.
Yaxın günlərdə Qazaxısan Futbol Federasiyasının İcraiyyə Komitəsində bu təyinat rəsmiləşdiriləcək.
Con vant Sxipt məşqçi fəaliyyətinə “Ayaks” sistemində başlayıb. O, müxtəlif illərdə “Tvente”, “Zvolle”, Meksikanın “Qvadalahara” və Avstraliyanın “Melbrun Siti” klublarına rəhbərlik edib. Niderlandlı mütəxəssis 2016-cı ildə “Melburn Siti” ilə Avstraliya kubokunu qazanıb.
Con van Sxipt Yunanıstan və Ermənistan millilərinin də baş məşqçisi olub.
O, 2023-2024-cü illərdə “Ayaks”ı çalışdırıb.







