Qazaxıstan millisinin yeni baş məşqçisi bəllidi
Polşalı Mixal Probej Qazaxıstan millisinin yeni baş məşqçisi olacaq.
Msport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Hazırda yığmaya müvəqqəti olaraq Talqat Baysufinov rəhbərlik edir.
Qeyd edək ki, Probej 2025-ci ilin yayında Polşa millisinin baş məşqçisi postunu tərk edib.