“Qəbələ” “Araz-Naxçıvan”la qarşılaşır
Premyer Liqada çıxış edən “Araz-Naxçıvan” və “Qəbələ” bu gün yoxlama oyununda üz-üzə gələcəklər.
Msport.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.
Matç saat 15:00-da start götürəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl klubun əvəzedici komandasına yeddi cavabsız qolla qalib gəlib. “Qəbələ” isə “Kəpəz”i 3:1 hesabı ilə üstələyib.







