"Qəbələ"də debüt edənlərin sayı 5-ə çatdı
“Qəbələ”nin daha bir futbolçusu bu mövsüm Azərbaycan Premyer Liqasında debüt edib. Msport.az xəbər verir ki, “Qarabağ”la səfər matçında (0:2) Qədir Ramazanov güclülər dəstəsində ilk oyununa çıxıb.
18 yaşlı futbolçu 89-cu dəqiqədə Şahin Şahniyarovun əvəzinə meydana daxil olub.
Bu mövsüm “qırmızı-qaralar”ın heyətində debüt edən futbolçuların sayı 5-ə çatıb. Buna qədər Fərid İsgəndərov, Nuğay Rəşidov, Süleyman Damadayev və Ziya Şəkərxanov yüksək liqada ilk oyunlarını keçiriblər.