"Qəbələ"nin futbolçusu: "Allah həmişə mənimlədir"
“Qəbələ” klubunun futbolçusu Lukas Afrika Azərbaycan Premyer Liqasındakı 9 turda əvəzolunmadan iştirak etməsinə münasibət bildirib.
Msport.az xəbər verir ki, 28 yaşlı braziliyalı müdafiəçi bu barədə ölkəsinin “Esportenewsmundo” nəşrinə açıqlama verib.
O, yayda “qırmızı-qaralar”a keçidini də xatırlayıb: “Klubda hamı məni çox yaxşı qarşıladı. Birinci dövrədə 810 dəqiqə meydanda olmaq çox vacibdir. Özümü təsdiq etməyə ehtiyacım var idi. Bunu bacaracağımı da gözləyirdim və üzərimdə çalışmaya davam edəcəyəm. Allah həmişə mənimlədir və məni tərk etmir. Komandama kömək etmək və yaxşı nəticələr qazanmaq istəyirəm”.