“Qəbələ”nin futbolçusu Norveçə qarşı oynadı
Çilidə U-20 dünya çempionatına start verilib.
Msport.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Salihu Nasirunun şərəfini qoruduğu Nigeriya millisi ilk görüşdə Norveçə 0:1 hesabı ilə məğlub olub.
Start heyətində oyuna başlayan Nasiru 78-ci dəqiqədə əvəzlənib.
Nigeriya yığması növbəti görüşünü oktyabrın 3-də Səudiyyə Ərəbistanı komandasına qarşı keçirəcək.