featured-image-6852

“Qəbələ”nin UEFA Konfrans Liqasının II mərhələsindəki rəqibi “Fehervar” “Fənərbaxça” ilə yoxlama oyunu keçirəcək.

Msport.az İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, matç iyulun 6-da Avstriyadakı təlim-məşq toplanışı zamanı baş tutacaq.

“Merkür Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. İstanbul klubu azarkeşlərinə biletləri 20 avrodan satacaq.

“Fənər” bundan başqa, iyulun 2-də “Partizan”la da üz-üzə gələcək.

Bənzər xəbərlər