featured-image-8365

“Qəbələ”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar” bir futbolçu ilə yollarını ayırıb.

Msport.az klubun rəsmi syatına istinadən xəbər verir ki, Daniel Jori karyerasını MTK komandasından davam etdirəcək.

21 yaşlı hücumçu “Fehervar”a 2019-cu ilin avqustunda “Debretsen”dən keçmişdi. O, son 3 ildə icarə əsasında “Budafoki”, “Zalaeqersek” klublarında çıxış edib.

Jori “Fehervar”da cəmi 7 oyunda forma geyinmişdi.

Bənzər xəbərlər