“Qəbələ”nin rəqibi saatlarla hava limanında qaldı
UEFA Gənclər Liqasının I mərhələsində “Qəbələ”nin qonağı olacaq Macarıstanın “Puşkaş Akademiyası” klubu Azərbaycana səfər edərkən problemlə üzləşib.
Msport.az xəbər verir ki, ötən gün ölkəmizə yola düşən komanda İstanbuldakı hava limanında bir neçə saat gözləməli olub.
Buna komanda üzvlərini “List Franz” aeroportundan gətirən “Türk Hava Yolları”na məxsus təyyarənin nəzərdə tutulan vaxtdan 4 saat sonra havaya qalxması səbəb olub. Nəticədə İstanbula vaxtında çata bilməyən heyət Bakıya növbəti reysi gözləmək üçün uzun müddət hava limanında gözləməli olub. Futbolçuların bəziləri aeroportda yuxuya gediblər.
Qeyd edək ki, “Qəbələ” – “Puşkaş Akademiyası” görüşü oktyabrın 4-də keçiriləcək.