"Qəbələ" "Sabah"a qalib gəldi - YENİLƏNDİ
Bu gün Azərbaycan Premyer Liqasında 2023-cü ilin son turuna start verilib.
Msport.az-ın məlumatına görə, XVIII turun ilk görüşü Qəbələdə reallaşıb.
Son üç turda rəqiblərinə 0:3 hesabı ilə məğlub olaraq turnir cədvəlində axırıncı pilləyə düşən “qırmızı-qaralar” “doğma divarlar” arasında bakılılara qalib gəlib – 1:0.
Murad Musayevin qolu meydan sahiblərinə vacib qələbə qazandırıb.
Premyer Liqa
XVIII tur
22 dekabr (cümə)
16:00. “Qəbələ” – “Sabah” – 1:0
Qol: Murad Musayev, 45+2
Qəbələ şəhər stadionu.







