featured-image-70794

Azərbaycan Premyer Liqasının VIII turunda bu gün daha iki görüş baş tutacaq.

Msport.az xəbər verir ki, “Qəbələ” Qubada “İmişli” ilə qarşılaşacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüşü İnqilab Məmmədov idarə edəcək. “İmişli” hazırda 8 xalla səkkizinci pillədə qərarlaşıb. 11-ci yerdə olan “Qəbələ”nin isə 4 xalı var.

Günün son matçı Sumqayıt şəhər stadionunda baş tutacaq. “Sumqayıt” doğma meydanda “Karvan-Yevlax”la üz-üzə gələcək. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.

Sumqayıt komandası hazırda 11 xalla 6-cı pillədə qərarlaşıb. 10-cu yerdə olan “Karvan-Yevlax” isə 5 xala malikdir.

 

Azərbaycan Premyer Liqası

VIII tur

18 oktyabr

 

14:30. “İmişli” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.

VAR: Tural Qurbanov.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Quba Olimpiya İdman Kompleksinin stadionu

 

18:00. “Sumqayıt” – “Karvan-Yevlax”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev.

VAR: Əli Əliyev.

AVAR: Əliyar Ağayev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Rüfət Əmirov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

Qeyd edək ki, turun dünən keçirilən görüşlərində “Kəpəz” “Şamaxı”nı (4:1), “Qarabağ” “Turan Tovuz”u (2:1) məğlub edib. VIII tura oktyabrın 19-da yekun vurulacaq.

Bənzər xəbərlər