Zirədə qolsuz heç-heçə, Qəbələdə darmadağın - YENİLƏNDİ
Bu gün Azərbaycan Premyer Liqasının XVI turunda daha iki oyun keçirilib.
Msport.az xəbər verir ki, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə “Kəpəz” arasında olub. Görüş qonaqların inamlı qələbəsi ilə yekunlaşıb.
Günün ikinci oyununda isə “Zirə” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Qarşılaşmada qapılara qol vurulmayıb.
Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” “Sumqayıt”ı səfərdə 6:1 hesabı ilə məğlub edib. Tura dekabrın 10-da keçiriləcək “Sabah” – “Səbail” və “Neftçi” – “Turan Tovuz” oyunları ilə yekun vurulacaq.
Premyer Liqa
XVI tur
9 dekabr (şənbə)
15:00. “Qəbələ” – “Kəpəz” – 0:3
Qollar: Georgi Papunaşvili, 6; 72. Adama Niane, 70
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Kamran Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu
17:00. “Zirə” – “Araz-Naxçıvan” – 0:0
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu







