featured-image-79390

Argentina millisinin lideri Lionel Messi DÇ-2026-nın qrup mərhələsində Avstriya üzərində qələbəni (2:0) şərh edib.

Msport.az xəbər verir ki, kapitan dubl edərək komandasına 3 xal qazandırıb:

“Bu qələbəyə görə çox şadam. Bu qələbə bizim üçün çox vacib idi. Qələbəni olduqca ağır və gərgin mübarizədə əldə etdik.

İndi gələcəyə daha sakit şəkildə b”axa bilərik. Bu dünya çempionatında bütün oyunlar bərabər, gərgin mübarizə şəraitində keçir. Bu andan həzz alıram. Komanda yoldaşlarımla qələbəni bayram etməyi səbirsizliklə gözləyirəm”.

Argentina yığması 2 turdan sonra 6 xalla J qrupuna başçılıq edir. Avstriya 3 xalla 2-ci yeri tutur. 3-cü turda Argentina İordaniya ilə, Avstriya isə Əlcəzairlə qarşılaşacaq.

 

Bənzər xəbərlər