featured-image-5524

Gürcüstanda avtobil qəzasında xəsarət alan Bolqarıstan millisinin və “Botev”in futbolçusu Todor Nedelevin vəziyyəti müəyyənləşib.

Msport.az xəbər verir ki, bu barədə jurnalist Metodi Şumanov paylaşım edib. Onun sözlərunə görə, yarımmüdafiəçi ən azı dörd ay yaşıl meydanlardan kənarda qalacaq.

Nedelyev 10 gün Tiflisdə xəstəxanada qaldıqdan sonra helikopterlə Bolqarıstana aparılacaq. Futbolçu artıq Gürcüstanın paytaxtında əməliyyat olunub.

Xatırladaq ki, Bolqarıstan yığmasını aparan iki avtobus aeroportdan otelə gedərkən qəza törədib. Avtobuslardan birinin sürücüsü idarəetməni itirərək digər nəqliyyat avtobusa çırpılıb.

Gürcüstan və Bolqarıstan komandaları bu gün Millətlər Liqası çərçivəsində Tiflisdəki “Boris Payçadze” stadionunda üz-üzə gələcəklər.

Bənzər xəbərlər