"Qızıl top": İlin ən yaxşı gənc futbolçusu məlum oldu
“Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı gənc futbolçusu bəlli olub.
Msport.az xəbər verir ki, mükafata İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Qavi layiq görülüb.
18 yaşlı oyunçu səsvermədə Kərim Adeyemi, Cud Bellingem (hər ikisi “Borussiya” Dortmund, Almaniya), Eduardo Kamavinqa (“Real Madrid”, ispaniya), Rayan Qravenberx, Camal Musiala (hər ikisi “Bavariya”, Almaniya), Yoşko Qvardiol (“Leyptsiq”, Almaniya), Nunu Mendeş (PSJ, Fransa), Bukayo Saka (“Arsenal”, İngiltərə) və Florian Vitsi (“Bayer”, Almaniya) geridə qoyub.