featured-image-4417

“Liverpul”un hücumçusu Sadio Mane “Qızıl top” təqdim olunarkən afrikalı futbolçulara qarşı ayrıseçkilik edildiyini deyib.

Msport.az “Daily Mail”ə istinadən xəbər verir ki, 30 yaşlı vinger Corc Veadan sonra Afrika qitəsindən heç bir futbolçunun bu mükafatı almadığını xatırladıb:

“Dostlar, əgər siz bu haqda danışırsınızsa, mən nə deyə bilərəm? Bu, kədərlidir. Afrika Millətlər Liqası kuboku mənim üçün çox vacibir. Bu, karyeramda qazandığım ən əhəmiyyətli mükafatdır.

Təəssüf ki, Corc Veadan sonra (1995) heç bir afrikalı futbolçu “Qızıl top”u qazanmayıb.

Çempionlar Liqasındakı qələbə xüsusi hisslərdir. Yenidən finalda oynamaq və kuboku qazanmaq şansım var, axı bizim komanda çox güclüdür. Qələbə qazanmaq üçün hər şey edəcəyik, ondan sonra görək, “Qızıl top”la bağlı vəzyyət necə olur. Mənim və “Liverpul”un digər futbolçularının mövsümün əvvəlindən hədəfi budur ki, titullar qazanaq.

Əgər “Qızıl top” qazana bilsəm, dünyanın ən xoşbəxt insanı olacam”.

Bənzər xəbərlər