"Qızıl topu"un qazanan futbolçu Ukrayna ordusuna qoşuldu - Fotolar
Məşhur ukraynalı futbolçu, “Qızıl top”un sahibi İqor Belanov Rusiya ordusuna qarşı döyüşür.
Msport.az xəbər verir ki, 61 yaşlı veteran futbolçu müharibə başlayandan – fevral ayından Ukrayna hərbçilərinə fəal kömək edir. Mart ayından isə əlində silah Ukraynalı döyüşçülərə qoşulub.
İqor Belanov 1986-cı ildə “Qızıl top” mükafatını qazanıb. O, Kiyev “Dinamo”sunun tərkibində Kuboklar Kubokunun qalibi olmaqla yanaşı, SSRİ yığmasının heyətində 1988-ci ildə Avropa çempionatının gümüş mükafatçısı olub.