featured-image-77743

Ekvadorun “LiqaPro” futbol çempionatında faciə hadisə baş verib.

Msport.az xəbər verir ki, “Leones” komandasının hücumçusu Santyaqo Arrieta “İndependiente del Valle” ilə matçda vurduğu qolu qeyd edərkən ağır zədə alıb.

19 yaşlı argentinalı futbolçunun diz bağları qırılıb. Müayinələr zamanı zədənin dərəcəsi məlum olub və gənc oyunçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Santyaqo Arrieta bərpa prosesi üçün 9-12 ay müddətində futbol oynaya bilməyəcək.

Bənzər xəbərlər