featured-image-693

Sən demə, pis qonşular təkcə bizdə olmur. O boyda Leo Messi də qonşularının əlindən təngə gəlibmiş.

Msport.az xəbər verir ki, vaxtilə argentinalı futbolçu ilə “Barselona”da çıxış etmiş İvan Rakitiç bu haqda İspaniya mətbuatına məlumat verib:

“Messidən fərqli olaraq, mənim qonşularla heç vaxt problemim olmayıb. O, Kasteldefelsedə (Barselonada kiçik qəsəbə) yaşayanda axırda qonşunun evini aldı ki, onlar çox səs-küy salırdılar”.

Qeyd edək ki, Messi əvvəlcə qonşunun həyəti ilə öz arasında böyük hasar tikdirmək istəyib. Ancaq bu qanunla qadağan olunduğundan o, qonşunun evini almalı olub.

Bənzər xəbərlər