featured-image-78107

“Bavariya” yay transfer pəncərəsində hücum xəttini gücləndirəcək.

Msport.az xəbər verir ki, Almaniya nəhəngi “Nyukasl”dan Entoni Qordon ilə razılıq əldə edib.

Tərəflər şəxsi müqavilənin şərtlərində ortaq məxrəcə gəliblər. Hazırda klublar arasında transferin maliyyə detalları ilə bağlı danışıqlar aparılır. “Nyukasl” 25 yaşlı futbolçunun satışından təxminən 85 milyon avro gəlir əldə etmək istəyir.

Qeyd edək ki, Entoni Qordon 2023-cü ilin yanvarından “Nyukasl”ın formasını geyinir. İngiltərəli vinger bu mövsüm bütün turnirlərdə 46 oyunda 17 qol vurub, 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Bənzər xəbərlər