Qordonun yerinə namizəd tapıldı
“Lill”in hücumçusu Matias Fernandes-Pardo “Nyukasl”ın maraq dairəsinə düşüb.
Msport.az xəbər verir ki, “sağsağanlar” 21 yaşlı belçikalı futbolçunu “Barselona”ya keçən Entoni Qordonun mümkün əvəzləyicilərindən biri kimi nəzərdən keçirirlər.
İngiltərə klubu hücum xəttini gücləndirmək üçün Liqa 1 bazarına üz tutub. Fernandes-Pardo ilə yanaşı, “Lion”dan Malik Fofana da “Nyukasl”ın siyahısında yer alır.
Futbolçu ilə “Mançester Yunayted”, “Mançester Siti”, “Borussiya Dortmund” və “Barselona” da maraqlanır.
Fernandes-Pardo 2024-cü ilin yayından “Lill”də çıxış edir. Belçikalı hücumçu 2025/2026 mövsümündə Liqa 1-də 29 oyuna çıxıb, səkkiz qol vurub və beş məhsuldar ötürmə edib.







