Qoretska “Aston Villa”da - RƏSMİ
“Aston Villa” Almaniya millisinin yarımmüdafiəçisi Leon Qoretskanı heyətinə qatıb.
Msport.az xəbər verir ki, 31 yaşlı futbolçu Birmingem təmsilçisinə azad agent kimi keçib.
Qoretska daha əvvəl müqaviləsinin başa çatması ilə “Bayern”dən ayrılıb. Almaniyalı yarımmüdafiəçi ötən mövsüm Münhen klubunun heyətində bütün turnirlərdə 48 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Qoretska 2026-cı il dünya çempionatında Almaniya millisinin heyətində 3 oyunda iştirak edib.







