“Qranada”da yeni baş məşqçi
“Midlsbro”, “Birmingem”, “Nottingem Forest” klubları çalışdırmış Aytor Karanka “Qranada”nın baş məşqçisi təyin olunub. Msport.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Karanka bu postda Robert Morenonu əvəzləyib.
İspaniya La Liqasının son iki turunda məğub olan “Qranada” 17-ci pilləyə düşüb.
Karankanın son iş yeri ötən il tərk etdiyi “Birmingem” olub. 48 yaşlı mütəxəssis 2010-2013-cü illərdə “Real”da Joze Mourinyonun köməkçisi işləyib.