featured-image-77398

İcarə əsasında “Everton”da çıxış edən “Mançester Siti”nin cinah oyunçusu Cek Qriliş barda yuxuya getməsi ilə dündəmə gəlib.

Msport.az xəbər verir ki, o, Mançesterdəki bir barda dostları ilə istirahət edib və daha sonra həmin məkanda yatıb.

Şahidlərdən biri dostlarının onu oyatmağa çalışdığını və vəziyyətinin səbəbinin spirtli içki olduğunu qeyd ediblər.

Qriliş uzun müddətdir ki, əyləncə həvəskarı kimi tanınır. O, əvvəllər bahalı əyləncələr təşkil edib və meydandan kənar həyat tərzi ilə bağlı tez-tez tabloidlərin gündəmində olub.

Qeyd edək ki, əməliyyatdan sonra sağalan Qrilişin mövsümün qalan hissəsini buraxması ehtimalı var və o, DÇ-2026 üçün İngiltərə heyətinə daxil edilməyəcək.

Bənzər xəbərlər