featured-image-79102

“Marsel”in vingeri Meyson Qrinvud karyerasını İtaliyada davam etdirməyə çox yaxındır.

Msport.az xəbər verir ki, “Roma” 23 yaşlı futbolçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.

Sözləşmənin müddətinin 2031-ci ilə qədər nəzərdə tutulduğu, illik 5 milyon avro maaş və əlavə bonusları əhatə etdiyi bildirilir.

Paytaxt klubunun rəhbərliyi Qrinvudu transfer etmək üçün “Marsel”lə danışıqlara başlamağa hazırlaşır. İngiltərəli oyunçu baş məşqçi Can Pyero Qasperininin əsas transfer hədəfi hesab olunur.

Qrinvud 2025/26 mövsümündə bütün turnirlərdə 45 oyuna çıxaraq, 26 qol vurub və 11 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər