Qrizmann DÇ-2022-nin favoritlərinin adlarını açıqladı
Fransa millisinin və “Atletiko”nun futbolçusu Antuan Qrizmann bu il Qətərdə keçiriləcək dünya çempionatında favortilərinin adlarını açıqlayıb.
Msport.az GQ-ya istinadən xəbər verir ki, 31 yaşlı hücumçu dörd komandanın adını çəkib:
“Braziliya, Argentina, İspaniya və Fransa. Hələ mundiala kimi vaxt var. Biz soyuqqanlığımızı qorumalıyıq. Yaxşı komandamız var, ardıcıl 9 oyundur uduzmuruq. Bu, yaxşı göstəricidir. Ardıcıl ikinci dəfə dünya çempionu olmaq? Bu çox çətin vəzifədir”.