Qrizmannın qol vura bilmədiyi komandalar: Siyahıda "Qarabağ" da var
“Atletiko” tarixinin bombardirlərindən biri olan Antuan Qrizmann indiyədək bu komandada üz-üzə gəldiyi 65 fərqli rəqibdən sadəcə səkkizinə qol vura bilməyib.
Msport.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçu İspaniyada “Real Oviedo” və “Almazan”, Avropada isə “Mançester Yunayted”, “Mançester Siti”, “Qarabağ”, “Astana” və “Benfika” ilə matçlarda fərqlənə bilməyib.
Qeyd edək ki, “Atletiko” 2017/2018 mövsümündə Çempionlar Liqasında “Qarabağ”a rəqib olub. Qrup mərhələsindəki hər iki matçda qalib gələ bilməyən (0:0, 1:1) Madrid təmsilçisi 3-cü yeri tutaraq, ÇL-dən kənarda qalıb. Yekunda isə bu komanda Avropa Liqasının qalibi olub.







