Qubada UEFA C kursu keçirilib
AFFA-nın təşkilatçılığı ilə Qubada UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib.
Msport.az xəbər verir ki, oktyabrın 14-dən bu günə qədər təşkil olunan məşğələlərə təlimatçılar Dəyanət Əliyev və Üzeyir İbrahimov rəhbərlik ediblər.
Kursun ikinci mərhələsi noyabrın 4-dən 7-dək, üçüncü modulu noyabrın 18-dən 21-dək, dördüncü mərhələsi isə dekabrın 15-dən 20-dək olacaq.