Quliyevli “Arsenal”dan “Krasnodar”la heç-heçə
Futbol üzrə Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilib. Msport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Krasnodar”la qarşılaşıb. Ayazın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Arsenal” geridə qalan 28 turda 23 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.