featured-image-13169

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə” ilə matçda (7:1) 4 qol vuran oğlu Musa Qurbanlı haqda danışıb.

Msport.az xəbər verir ki, o, bunları söyləyib:

“Qarşıdakı günlərdən asılıdır. Qol vurmaq o demək deyil ki, futbolçu tam hazırdır, istənilən oyunda iştirak edə bilər. Hər turnirin vacibliyi bizim üçün çox önəmlidir. Rotasiyalarımız uğurlu alınır. Belə davam etməyinə sevinirik. Qollar Musaya inam verməlidir. Amma rahat da olmalı deyil ki, “hə, məndə hər şey qaydasındadır”. Çünki futbol başqa oyundur”.

Bənzər xəbərlər