Qurban Qurbanov dünyada beşincidir
Eyni komandada uzun müddət çalışan məşqçilərin adları açıqlanıb.
Msport.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da siyahıda yer alıb.
O, bir komandada ən uzun müddət çalışmaqda davam edənlərin reytinqində beşinci pillədə qərarlaşıb. Qurbanov 2008-ci ilin avqustundan bəri ağdamlıların sükanı arxasında olmaqla bunu bacarıb. Təcrübəli mütəxəssis 16 il 244 gündür “Qarabağ”a rəhbərik edir.
Ən uzun müddət bir klubda baş məşqçi işləyənlər:
- Como Sono (“Como Kosmos”, Cənubi Afrika) – 42 il (davam edir)
- Brent Peters (“Bakup Boro”, İngiltərə) – 27 il (davam edir)
- Stefen Bakster (“Kruseyders”, Şimali İrlandiya) – 19 il (2024-cü ildə ayrılıb)
- Frank Şmidt (“Heydenheym”, Almaniya) – 18 il (davam edir)
- Qurban Qurbanov (“Qarabağ”, Azərbaycan) – 17 il (davam edir)
- Simon Viver (“Harroqit Taun”, İngiltərə) – 16 il (davam edir)
- Peter Vermes (“Sportinq Kanzas-Siti”, ABŞ) – 16 il (ötən gün ayrılıb)