featured-image-37993

“Hər iki komanda çox istəkli idi”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IX turunun matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis yaxşı oyun sərgilədikləri üçün hər iki kollektivə təşəkkür edib: “Futbolçularıma da ayrıca minnətdaram. Oyundan qopmadılar, bütün fikirləri qarşılaşmada oldu. Vacib görüş idi. Dövrəni qələbə ilə başa vurmaq istəyirdik. Bu da alındı. Belə stadionda oynamaq həmişə mənim və futbolçular üçün çox xoşdur. Burada yaxşı atmosfer olur”.

Qurbanov bəzi oyunçularda yorğunluğun hiss edildiyini vurğulayıb: “Bir az narahatlığım var idi. Avrokubok matçını Bakıda oynasaydıq, daha rahat olardı. Bütün gecəni yolda olduq. Belə qarşılaşmalarda xarakter lazımdır. Futbolçuların hazırlığı son vaxtlarda yaxşı səviyyəyə çatıb. Sonadək dinamikanı saxladılar. Yorğunluğa baxmayaraq, xarakter göstərdilər”.

Bənzər xəbərlər