featured-image-34031

“Qarabağ” “Rakuv”la oyun üçün səfər etdiyi Polşada xoş sürprizlə üzləşib.

Msport.az-ın məlumatına görə, Katovitsedə kolleksioner azarkeş komandanın baş məşqçisi Qurban Qurbanov və futbolçulara yaxınlaşaraq onlardan avtoqraf istəyib.

Ağdam klubunun üzvləri polşalı fanatın istəyini geri çevirməyərək, albomdakı fotoların üzərinə imza atıblar.

Qeyd edək ki, sabah keçiriləcək “Rakuv” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

media-efa44e7d-8974-4b75-93dc-2d1e04725799 media-53f0a822-7135-476f-9a63-644c07bb46d0 media-f0e8dfac-ed28-423a-89bb-2c12623842bc media-7f8c8314-f6e4-42d3-b07a-c6374b50fdde

Bənzər xəbərlər