featured-image-1043

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Atletiko” (Madrid) ilə ÇL-in 1/4 final mərləsinin ilk oyunu barədə fikirlərini bildirib.

Msport.az xəbər verir ki, öz meydanında minimal hesabla qalib gəldikləri matçdan (1:0) sonra açıqlama verən “Mançester Siti”nin baş məşqçisi rəqibin taktiki düzülüşünü xüsusi vurğulayıb:

“Biz gözləyirdik ki, onlar 5-3-2 sistemi ilə oynayacaqlar. Amma sonradan “Atletiko” 5-5-0-a keçdi və belə oynadı. İndi də, yüz min il bundan sonra da 5-5-0 sistemi ilə çıxış edən komandaya qarşı hücum qurmaq çətin olacaq. Çünki boş zona yoxdur.  Bu, səbr məsələdir. Fasilədə futbolçulara dedim ki, bizim üçün hər şey yaxşı olacaq”.

 

Bənzər xəbərlər