Qvardiola İtaliya millisini çalışdıracaq?
“Mançester Siti”nin sabiq baş məşqçisi Xosep Qvardiola İtaliya millisinin sükanı arxasına keçə bilər.
Msport.az xəbər verirt ki, İtaliya millisinin texniki direktoru Paolo Maldini və onun məsləhətçisi Leonardo ispan mütəxəssislə görüş keçirib.
Tərəflər Qvardiolanın milli komandaya mümkün təyinatını müzakirə ediblər. İtaliya yığmasında baş məşqçi postu Cennaro Qattuzonun istefaya göndərilməsindən sonra boş qalıb. Onun rəhbərliyi altında “Skuadra Adzurra” DÇ-2026-ya vəsiqə uğrunda pley-off finalında Bosniya və Herseqovinaya məğlub olub (1:1, penaltilər seriyasında 1:4).
Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”yə rəhbərlik edib. Onun başçılığı altında klub 6 dəfə İngiltərə çempionu olub, 5 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Kuboku və Superkuboku qazanıb. “Mançester Siti” həmçinin ispan mütəxəssisin rəhbərliyi ilə bir dəfə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub.







