Qvardiola İtaliya millisinin baş məşqçisi ola bilər
Xosep Qvardiola İtaliya millisinin sükanı arxasına keçə bilər.
Msport.az xəbər verir ki, İtaliya yığmasının texniki direktoru Paolo Maldini və və onun müşaviri Leonardo ispaniyalı mütəxəssislə görüş keçiriblər.
Millinin baş məşqçi postu apreldən vakantdır. İtaliya seçməsi DÇ-2026-ya vəsiqə verən oyunda Bosniya və Herseqovinyaya uduzduqdan sonra Cennaro Qattuzo istefa vermişdi.
Qvardiola ötən mövsüm “Mançeste Siti”dəki fəaliyyətini başa vurdu. O, 2016-cı ildən bu komandaya rəhbərlik edirdi. 55 yaşlı mütəxəssis əvəllər “Barselona” və “Bayern”də də işləyib.
Qvardioladan başqa Roberto Mançini və Andrea Pirlo da İtaliya millisinin baş məşqçi postuna namizəddirlər.







