"Qvardiola Messi olmayandan 11 ildir Çempionlar Liqasını qazanmayıb"
Fransa milli komandasının sabiq üzvü Emmenuel Peti “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı tənqid edib.
Msport.az RMC Sport-a istinadən xəbər verir ki, Fransa yığmasının heyətində dünya və Avropa çempionu olmuş futbolçu Qvardiolanın özünü dahi kimi göstərmək istədiyini deyib:
“Qvardiola özündə deyildi. Mahrezlə Fodenə qışqırırdı. O, futbolçuların oyuna konsentrasiya olmasına əngəl törətməməli idi. İnanllmazdır, o bütün oyun boyu qəzəbli idi. Hətta görürdük kİ, hərdən köməkçiləri onun sözünə cavab vermirlər. O, həddən artıq həyəcanlı idi.
“Mançester Siti” heç nə düşünmürdü, sadəcə vəziyyətə nəzarət edirdi.
Mənim Qvardiolaya böyük hörmətim var, gördüyü işə də. Ancaq daha çox diqqət çəkmək və dahi kimi görünmək istəyirsə…Əgər o sabah büdcəsi və 3 milyardı olmayan adi komanda ilə bu nəticəni təkrarlasa, deyəcəm ki, dünyanın ən yaxşı məşqçisidir. İndi belə deyil. Nəticə dözülməzdir.
Qvardiola komandasında Messi olmayandan 11 ildir Çempionlar Liqasını qazanmayıb”.