featured-image-70890

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Türkiyə millisinin futbolçusu Arda Güləri komandasında görmək istəyir.

Msport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “şəhərlilər”in maraq dairəsinə düşüb.

Premyer Liqa klubu “Real”da çıxış edən gənc oyunçunu heyətinə qatmaq imkanını nəzərdən keçirir. Qvardiola Arda Gülərin transferini şəxsən istəyib. İspaniya nəhəngi artıq açıq şəkildə bəyan edib ki, potensial alıcıların təklif etdiyi məbləğdən asılı olmayaraq, futbolçu komandanı tərk etməyəcək.

Qeyd edək ki, Arda Gülər 2023-cü ildə “Fənərbağça”dan transfer olunub. O, cari mövsüm bütün turnirlərdə “Real” forması ilə 11 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər