Qvardiola VAR-ı tənqid etdi
“Mançester Siti”in baş məşqçisi Xosep Qvardiola VAR sistemi ilə bağlı sərt açıqlama verib.
Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının hakim və VAR qərarlarından əziyyət çəkdiyini bildirib.
Qvardiola 2024 və 2025-ci illərdə “Mançester Siti”nin uduzduğu iki İngiltərə Kuboku finalını nümunə göstərib. Onun sözlərinə görə, həmin oyunlarda hakimlər və VAR üzərlərinə düşən işi yerinə yetirməyib.
Mütəxəssis buna baxmayaraq, komandanın günahı hakimlərdə axtarmamalı olduğunu vurğulayıb. O qeyd edib ki, belə hallarda “Mançester Siti” daha yaxşı oynamalı və nəticəni öz oyunu ilə həll etməlidir: “VAR püşk atmaq kimidir. Ona görə də sən hər şeyi daha yaxşı etməli, ən yaxşı mövqedə olmalısan”.
“Mançester Siti” İngiltərə Premyer Liqasında 35 oyundan sonra 74 xalla ikinci pillədə qərarlaşıb.







